Bakı muzeylərdə «Açıq qapı» günü
27 Sentyabr 2009 Bazar 06:05
Beynəlxalq Turizm Günü ilə bağlı Azərbaycan paytaxtında konfrans da keçiriləcək
Sentyabrın 27-i bir çox ölkələrdə Beynəlxalq Turizm günü kimi qeyd olunur. Bayram günü bir sıra ölkələrdə milli və yerli tədbirlər təşkil edilir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə tədbirlər planı hazırlayıb. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, sentyabrın 26-da ölkənin ali təhsil ocaqlarında təhsil alan I kurs tələbələri üçün ekskursiya təşkil olunub.
Bu gün isə Ümumdünya Turizm Təşkilatından dəvət olunmuş şəxslərin, yerli və beynəlxalq turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək. Həmin gün Bakıdakı bütün muzeylərdə «Açıq qapı» günü elan ediləcək və tamaşaçılara ödənişsiz mədəni xidmət göstəriləcək. Bu ənənə növbəti illərdə də davam etdiriləcək.
Qeyd edək ki, baş qərargahı Madriddə (İspaniya) yerlşən Ümumdünya Turizm Təşkilatı 1979-cu ildə sentyabrın 27-ni Ümumdünya Turizm Günü kimi təsis edib. Bu gün 150 dən çox ölkəsində qeyd olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar