Aysel və Hüseyn Abdullayev rolikə çəkiləcək
12 Noyabr 2009 Cümə Axşamı 18:40
Azərbaycanda məşhur “Onuncu krallıq” nağıl-filminin motivləri əsasında nağıl-film çəkiləcək
Azərbaycanda məşhur “Onuncu krallıq” nağıl-filminin motivləri əsasında nağıl-film çəkiləcək. Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata görə, layihənin rəhbəri Vüqar Camalzadədir.

Hazırda layihənin video-roliki çəkilir. Rolikdə gənc aktyorlar Aysel və Hüseyn Abdullayev çəkilir. “Sevgi varsa” adlı rolikin film versiyasının çəkilişlərinə də yaxın vaxtlarda başlanılacaq.

Qeyd edək ki, sözügedən ekran işində iki dünya - real və nağıl dünyasından bəhs olunacaq. Filmdə sevimli nağıl qəhrəmanlarının bir neçəsi yer alacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar