Aşpazlar gücünü sınayıb
23 İyul 2011 Şənbə 21:19
Bakıda keçirilən milli mətbəx çempionatı başa çatıb. Çempionatda aşpazlar gücünü sınayıb.
Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən milli mətbəx çempionatı başa çatıb. Çempionatda Ağcabədi, Bərdə, İsmayıllı, Qax, Quba, Tovuz, Gəncə, Şamaxı, Zaqatala, Şəki və Gədəbəy rayonlarının təcrübəli aşpazları üç milli xörəyimiz üzrə öz məharətlərini sınayıblar. Münsiflər heyəti yarışmanın son günündə qaliblərin adlarını elan edib.
Kababçıların yarışmasında birinci yerə Bərdə, ikinci yerə Şamaxı və Zaqatala, üçüncü yerə Quba və İsmayıllı kababçıları layiq görülüb. Sacüstü yeməklər üzrə birinci yeri Tovuz, ikinci yeri Gədəbəy, üçüncü yeri Quba və İsmayıllı ustaları qazanıblar.
Çempionatın üçüncü günü isə plov ustaları yarışıblar. Bu milli xörək üzrə münsiflər birinci yerə Şəki, ikinci yerə Gədəbəy və Zaqatala, üçüncü yerə isə Quba və Bərdə rayonlarının kulinarlarını layiq görüblər. anspress
DOSTLARINLA PAYLAŞ: