ANS ÇM-dən möhtəşəm yenilik
05 Avqust 2011 Cümə 16:39
Dinləyicilərə TOP-40-ı müəyyənləşdirmək imkanı veriləcək.
Hər zaman yeniliklərdə birinci olan ANS ÇM radiosu Azərbaycanın radioməkanında daha bir yeniliyə imza atıb. ANS PRESS-in məlumatına görə, bu həftədən etibarən ANS ÇM ən populyar mahnıların “40”-nı müəyyənləşdirmək imkanını birbaşa öz dinləyicilərinə verib. Bunun üçün istənilən dinləyici www.ansradio.ws internet saytına, TOP-40 bölməsinə daxil olur, həftənin 40 ən qaynar hitlərinin siyahısında bəyəndiyi mahnıya səs verir. Bir həftə ərzində 1 dinləyicidən cəmi 3 səs qəbul olunur.
Qeyd edək ki, burada nəinki mahnıların siyahısını görmək, hətta istənilən hitin audioyazınısa qulaq asmaq, onun klipini seyr etmək, eyni zamanda da mahnıları yükləmək imkanı verilir. Səsvermənin nəticələri həftədə 1 dəfə yenilənir və hər şənbə saat 16.00-dan 18.00-dək efirə gedən “Həftənin 40 anı” verilişində səslənir. Bu verilişdə nəinki TOP 40-dakı yeniliklərdən, habelə həftənin ən qaynar mahnılarından “Yağ içində” rubrikasından xəbər tutmaq mümkündür.
Qeyd edək ki, hər kəs ANS ÇM-in internet saytına daxil olub şəffaf keçirilən bu səsvermədə iştirak edə bilər. Bax, buna deyərlər - əsl xalq hit-parad! Çünki onu tanınmış şəxslər, müğənnilər və ya hansısa münsiflər heyəti yox, sadə insanlar müəyyənləşdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: