102 yaşlı fanat Bakını çox bəyənib
24 May 2012 Cümə Axşamı 16:20
Ella Kastner 30 Eurovision Mahnı Müsabiqəsində iştirak edib.
"Bakını çox bəyəndim. İştirak etdiyim hər "Eurovision" yarışmasını sevirəm, çünki mən bu müsabiqəyə illərdir pərəstiş edirəm". Bunu eurovision.az saytına açıqlamasında Bakıya gələn Eurovision Mahnı Müsabiqəsinin ən yaşlı fanatı Ella Kastner deyib.

30 Eurovision yarışmasında iştirak edən Ella Kastner 102 yaşında olmasına baxmayaraq, hələ də müsabiqəyə olan həvəsini içindən ata bilmir. "Odlar Yurdu"nda keçirilən Eurovision Mahnı Müsabiqəsindən də danışan Ella, hər tədbirə Azərbaycanın üç rəngli bayrağı ilə qatılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar