Yeni 100 dollarlıq gelir
29 May 2013 Çərşənbə 22:23
Yenidən dizayn edilmiş əsginaslar oktyabrdan tədavülə buraxılacaq.
ABŞ-ın Federal Rezerv Şurası yenidən dizayn edilmiş $100 əsginasların 8 oktyabr 2013-cü il tarixindən etibarən tədavülə buraxılacağını elan edib. Mavi, 3-D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu banknotların həqiqiliyini müəyyənləşdirmək ictimaiyyət üçün daha asan, onu saxtalaşdırmaq istəyənlər üçün isə daha çox çətin olacaq. Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. $100 banknotların yeni dizaynı 2010-cu ildə təqdim olunmuşdu, lakin istehsalla bağlı gözlənilməz gecikmə səbəbindən onun təqdimatı təxirə salınmışdı.
Oktyabr ayında dövriyyəyə buraxıldıqdan sonra yenidən dizayn edilmiş əskinazların səmərəli dövriyyəsini təmin etmək məqsədilə, ABŞ-ın Valyuta Təhsil Proqramı yeni dizayn edilmiş bankomatla bağlı məlumatlılığı artırmaq və onun təhlükəsizlik funksiyaları necə istifadə etmək haqqında məlumat vermək məqsədilə dünya səviyyəsində fəaliyyət göstərən təşkilatlara və istehlakçılar arasında iş aparır.
DOSTLARINLA PAYLAŞ: