Gəncə Avtomobil Zavodu 1000-ci traktorunu istehsal edib
06 Aprel 2009 Bazar Ertəsi 15:45
Müəssisənin rəhbəri Xanlar Fətiyev hazırda zavodda altı modelin yığıldığını bildirib

Gəncə Avtomobil Zavodu 1000-ci traktorunu istehsal edib. Bu gün bu münasibətlə Gəncə Avtomobil Zavodunda tədbir keçirilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç də iştirak edib. Səfir yaxın aylarda iki ölkə arasında birgə müəssisənin yaradılması haqda saziş imzalanacağını bildirib. Onun sözlərinə görə, bu saziş üçüncü ölkələr üçün traktor istehsal etməyə imkan verəcək. Gəncədə ildə 5 min traktorun istehsalının mümkün olacağını deyən səfir, yığılan maşınların ilkin olaraq Türkiyə bazarında satılacağını bildirib.
Müəssisənin rəhbəri Xanlar Fətiyev Gəncədə «Belarus» traktorlarının istehsalına 2007-ci ildən başlandığını və hazırda zavodda altı modelin yığıldığını qeyd edib. O, bu il «Aqrolizinq» ASC-nin sifarişi ilə daha 500 ədəd traktor istehsal olunacağını deyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar