Xarici valyutaların məzənnəsində dəyişiklik olub
10 Mart 2015 Çərşənbə Axşamı 09:56
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Belə ki, 1 avro bir gündə 1.1566-dan 1.1327-yə düşüb.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dolları 1.0490-dan 1.0491-ə yüksəlib. Dollarla yanaşı, avronun da məzənnəsində dəyişiklik olub.
Belə ki, 1 avro bir gündə 1.1566-dan 1.1327-yə düşüb.
Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da dəyişiklik olub. Ötən gün 0.0172 olan 1 rublun bu günə məzənnəsi 0.0173 olaraq müəyyən olunub.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.
DOSTLARINLA PAYLAŞ: