SOCAR-ın Gürcüstanda sayca 110-cu yanacaqdoldurma məntəqəsi açılıb. Tbilisi şəhərinin Diğomi yaşayış massivində istifadəyə verilmiş stansiyanın açılış mərasimində ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.
R. Abdullayev müasir tələblərə cavab verən stansiyanın istehlakçıları razı salacağına əmin olduğunu qeyd edib, ARDNŞ-in Gürcüstanın yanacaq bazarındakı liderlik mövqeyinin getdikcə gücləndiyini deyib.
ARDNŞ-in prezidenti bildirib ki, son vaxtlar Gürcüstanda avtomobillərə qazdoldurma stansiyalarının tikintisinə diqqət artırılıb və qiymətlər müştəriləri razı saldığından marağın da artdığı hiss olunur.
SOCAR Gürcüstanda yeni YDM açıb
ARDNŞ Gürcüstanın yanacaq bazarındakı liderlik mövqeyinin gücləndirir.




Şərhlər