Pulumuz artıb
21 Mart 2013 Cümə Axşamı 09:20
Əhali yanvar-fevralda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çox gəlir əldə edib.
Bu ilin yanvar-fevral aylarında ölkə əhalisi 4,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çox gəlir əldə edib. Onun hər nəfərinə düşən həcmi orta hesabla 4,4 faiz artaraq 517,6 manat və ya ayda 258,8 manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin 4,3 milyard manatlıq və ya əvvəlki ildəkindən 5,4 faiz çox vəsait qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar