Pensiyaların məbləği 690 manata çatacaq
01 Oktyabr 2013 Çərşənbə Axşamı 16:14
DSMF sədri bildirib ki, yeni ildən pensiyaların baza hissəsi də artırılacaq.
"Ölkə üzrə 342 373 nəfər ümümi pensiya alan şəxs var ki bunlarında 39%-i yaş 70-dən yuxarı olan ahıllardır". Bu sözləri DSMF sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. Sədrin sözlərinə görə 2020-ci ilə qədər pensiyaların məbləğinin 680-690 manat təşkil edədəcək. Yaşa görə isə bu rəqəm 350 manat olacaq.
DSMF sədri həmçinin bildirib ki, yeni ildən pensiyaların baza hissəsi də artırılacaq. "Yanvarın 1-dən etibarən pensiyaların baza hissəsi indeksləşdirilərək artacaq”.
DOSTLARINLA PAYLAŞ: