Pensiyalar artacaq
12 İyun 2013 Çərşənbə 14:57
15-20 faizlik artım gözlənilir .
“Yaxın zamanlarda Azərbaycanda əmək pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur”. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib. Fond sədrinin sözlərinə görə, fondun mövcud büdcəsi buna imkan verir:
“Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Hazırda imkanlarımız artıq tam formalaşıb. İyun ayının 1-nə Fondun profisiti təxminən 70 milyon manata yaxın idi, iyun ayında da profisitin artımı davam edəcək. Bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, pensiyaların baza hissəsinin 15-20% artımı olacaq".
Hazırda Azərbaycanda pensiyaların baza hissəsi 85 manat təşkil edir.
DOSTLARINLA PAYLAŞ: