Ötən ay inflyasiya 0,4 faiz olub
06 Mart 2014 Cümə Axşamı 18:33
Bu ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb.
Bu ilin fevral ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən ANS PRESS -ə verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.
Ay ərzində qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
DOSTLARINLA PAYLAŞ: