Ölkede pambıqçılıq inkişaf etmir
04 Sentyabr 2013 Çərşənbə 19:36
Qiymetlerin aşağı olması pambıq ekilen sahelerin azalmasına sebeb olub.
Bir vaxtlar ağ qızıl, yəni pambıq məskəni olan Azərbaycanda bu sahə öz böhran dövrünü yaşayır. Pambıqçılıqla məşğul olan fermerlər əldə etdikləri xammalın qiymətinin aşağı olmasından gileylənirlər.

Kazım Hüseynov Bərdənin Uğurbəyli kəndində yaşayır. Kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssisdir. Hələ SSRİ zamanından pambıqçılıqla məşğul olub. Aqrar islahatdan sonra da ağ qızıl yetişdirib. Bəzi illlər 10 ha-dan çox sahədə pambıq yetişdirib. Ancaq bu il ağ qızıldan üz döndərib. Səbəbi də məhsulun dəyərinin aşağı olmasıdır. Fermerin sözlərinə görə, hazırda 1 ha sahəyə 800 manata qədər vəsait xərclənir. Əldə olunan gəlir isə məhsulun yalnız maya dəyərini ödəyir.

Həmkəndlisi Sahib Rüstəmov ötən il 5 ha sahədə ağ qızıl yetişdirsə də, bu il pambıq sahəsini 2 dəfə azaldıb. O da qiymətdən narazıdır: “Əl yığımı ilə birlikdə 700-800 manat pulun əlindən çıxır. 3 ton -2 ton 800 məhsul götürürsən. O da maya dəyərini ödəyir. Qiymət yoxdur, qiymət qalxsa 60-70 qəpik olsa, maraq artar”.

Qiymətlərin aşağı olması isə yalnız Bərdədə deyil, qonşu rayonlarda da pambıq əkilən sahələrin azalmasına səbəb olub. Belə ki, bu il Ağcabədidə ötən illə müqayisədə pambıq sahələrinin miqdarı 900 ha, Ağdamda isə 30 faizə qədər azalıb. Rəsmilər də bunun səbəbini qiymətlə əlaqələndirir.

Ağcabədi RİH-nin rəsmisi Muxtar Bağırov: “Əgər 30- 40 s artıq məhsul əldə edə bilmiriksə, təxminən bizim keçən il əldə etdiyimiz 19.8 s kəndlinin xərci borcunu ödəyir. Maya dəyərini ödədiyinə görə adamlar başqa sahələrə meylli olur”.

Qeyd edək ki, hazırda pambığın 1 kiloqramı 41 qəpikdir. Ağ qızılın tədarükü ilə bölgədə 2 müəssisə məşğul olur. Tədarükçülərin sözlərinə görə, dünya bazarında pambığın qiyməti aşağı olduğundan, hələlik daxili bazarda da qiyməti artırmaq mümkün deyil.







DOSTLARINLA PAYLAŞ:

oyunlar