İqtisadiyyat

Ölkədə 749 milyon manat vaxtı keçmiş kredit var

Maliyyə-kredit təskilatları hüquqi və fiziki səxslərə 12.7 milyard manat məbləğində kredit ayırıblar.

· Xəbərçi
Ölkədə 749 milyon manat vaxtı keçmiş kredit var
Bu il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təskilatları hüquqi və fiziki səxslərə 12.7 milyard manat məbləğində kredit ayırıblar. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, verilmiş kreditlərin həcmi 2012-cu il yanvar ayının 1-i ilə müqayisədə 27.8 faiz artıb, onun 69.5 faizi və ya 8.8 milyard manatı uzun müddətli olub.

Kreditlərin 748.8 milyon manatının, yaxud 5.9 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 24.1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 5.1 milyard manata çatıb.

Şərhlər