Neftin qiyməti 90 dollar nəzərdə tutulacaq
14 Oktyabr 2014 Çərşənbə Axşamı 11:58
2015-ci il dövlət büdcəsində neftin qiyməti 10 dollar az hesablanıb.
2015-ci il dövlət büdcəsində neftin qiyməti bir barel üçün 90 ABŞ dolları nəzərdə tutulub.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2014-cü ilin büdcəsində neftin qiyməti 100 dollar nəzərdə tutulmuşdu. Ancaq gələn il büdcəsində neftin qiyməti 2014-cü illə müqayisədə 10 ABŞ dolları ucuz hesablanıb.

Bildirilib ki, dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ın öz karbohidrogen hasilatını artırması (gündəlik 11,5 mln. barrel) və ölkəyə bu ilin əvvəlindən başlayaraq neft idxalını azaltması, həmçinin, Avropa Birliyi ölkələrində iqtisadiyyatın zəif inkişafı, Yaxın Şərqdə və neftin hasilatı ilə məşğul olan bir sıra ölkələrdə geosiyasi vəziyyətin tədricən stabilləşməsi neftin qiymətinin aşağı düşməsinə təsir edəcək amillərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar