Neftin qiyməti yaxın vaxtlarda yüksəlməyə başlayacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə OPEC-in baş katibi Abdulla əl-Bədri açıqlama verib.
Onun sözlərinə görə, neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq.
"Hazırda neftin bir barreli təxminən 45-55 dollaradır. Hesab edirəm ki, bu ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik", - deyə baş katib bildirib.
Qeyd edək ki, yanvarın 26-da Londonun ICE birjasında Brent markalı neftin bir barrelinin qiyməti 48,53 dollar təşkil edib.
Neftin bir barreli 200 dollar olacaq
Neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq.




Şərhlər