Moody’s Azerbaycanla bağlı hesabat derc edib
06 Oktyabr 2013 Bazar 23:49
Neft sazişlerinden elde edilen maliyye menfeeti fiskal profisit yaranmasına yöneldilib.
“Reuters” xəbər agentliyi nüfuzlu “Moody’s” reytinq agentliyinin “Azərbaycanın kredit qabiliyyəti dövlət borcunun aşağı səviyyədə olmasına, davamlı fiskal profisitə və xalis kredit mövqeyinin möhkəmlənməsinə əsaslanır” adlı hesabatını dərc edib.
“Moody’s” agentliyi tərəfindən sentyabrın 30-da dərc edilmiş hesabatda göstərilir ki, Azərbaycana xarici və yerli valyuta şəklində istiqrazlar üzrə BAA3 reytinqi verilməsi Azərbaycanın inkişafının üç meyarını əks etdirir: dövlət borcunun aşağı səviyyədə olmasını, davamlı fiskal profisitə və ölkənin bir neçə il ərzində topladığı böyük məbləğdə xarici aktivlər sayəsində xalis kredit mövqeyinin möhkəmlənməsini.
“Moody’s” vurğulayır: “Bu güclü mövqelər ölkə iqtisadiyyatına daxili və xarici iqtisadi zərbələrdən qorumağa kömək edəcək”.
Agentlik yazır ki, təbii ehtiyatlarla zəngin olan Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkələrdən biridir. Sənəddə qeyd edilir ki, Azərbaycan hökuməti neft kontraktlarından əldə edilən maliyyə mənfəətini fiskal profisit yaranmasına və infrastrukturun inkişafına investisiyalara yönəltmiş, bununla da neft sektorunun müsbət effektlərini bütün iqtisadiyyata şamil etmiş, yoxsulluq səviyyəsini əhəmiyyətli dərəcədə azaltmışdır.
DOSTLARINLA PAYLAŞ: