AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
ANS PRESS-in İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən məlumatına görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.
İnvestisiya layihələri layihənin adı və həyata keçiriləcəyi yer, layihənin məqsədi və təsviri, layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü, layihənin həyata keçirilmə və özünü ödəmə müddəti, layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumatı (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt) özündə əks etdirməlidir.
Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər:
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 32, Bakı Biznes Mərkəzi; əlaqələndirici şəxs: Zaur Qardaşov, e-mail:
[email protected]; tel: (012) 598-01-47 (daxili:102); faks: (012) 598-01-52