İyulun 23-dən Bakı Fond Birjasında (BFB) "Azəriqazbank" QSC-nin 5 milyon manat həcmində sadə, adlı, sənədsiz, istiqrazlarının yerləşdirilməsinə başlanacaq. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, emissiya prospekti çərçivəsində hər birinin nominal qiyməti 2 manat olan 2,5 milyon səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Caspian Financial" MMC çıxış edəcək. Şirkət onun səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı ərizə ilə müraciət edib".
Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 20 milyon manat təşkil edir. Yeni emissiyanın yerləşdirilməsindən sonra isə o, 25 milyon manata çatdırılacaq.
AGBank nizamnamə kapitalını artırır
Bazar ertəsindən etibarən AGBankda kapitallaşma prosesi başlayır.




Şərhlər