Atatürk və Heydər Əliyev anıldı
30 Avqust 2014 Şənbə 14:03
Türkiyənin Azərbaycandakı səfirliyində “30 avqust Zəfər bayramı”nın 92 illiyi qeyd olunub.
Türkiyənin Azərbaycandakı səfirliyində “30 avqust Zəfər bayramı”nın 92 illiyi qeyd olunub.

ANS PRESS-in məlumatına görə, tədbirdə müdafiə naziri Zakir Həsənov, Türkiyənin Azərbaycandakı attaşesi Həsən Nevzat Taşdələr, Milli Məclisin deputatları, Türkiyə və Azərbaycan iş adamları iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, bu önəmli günü Bakıda qeyd etmək insane ayrıca qürur hissi verir.

“Türkiyə, Azərbaycan və bütün Türk dünyasından olan şəhidlərimizi ulu öndər Mustafa Kamal Atatürkü, Heydər Əliyevi rəhmətlə anırıq. Türkiyə-Azərbaycan qardaşlığının bu səviyyəyə gəlib çıxmasında şəhidlərimizin, Atatürkün və Heydər Əliyevin böyük zəhməti var”, - deyə səfir bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar