Həbs edilən MTN-çilərin adları və vəzifələri - SİYAHI
21 Oktyabr 2015 Çərşənbə 18:53
Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifədən azad edildikdən sonra həbs edilən MTN-çilərin adları və vəzifələri məlum olub.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Trend həbs olunan MTN əməkdaşları ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır.

 


DOSTLARINLA PAYLAŞ:

oyunlar