Noyabrın 7-de Qarabağda müharibe başlanır
12 Avqust 2013 Bazar Ertəsi 18:19
Lokal müharibe neticesinde Qarabağın 6 rayonu Azerbaycana verilecek.
Azərbaycanla- Ermənistan arasında müharibə yenidən bərpa olunacaq. Avropa.info xəbər verir ki, bu haqda sensasion xəbər Ermənistan mətbuatında yayılıb. Düşmən dövlətin mətbuatı hətta müharibənin başlayacağı günü də təyin edib, bu ilin noyabır ayının 7-si.

Erməni mətbuatının yazdığına görə, müharibə "razılaşdırılmış savaş" olacaq və hər iki tərəfin qarşılıqlı şəkildə atəşkəsi ciddi şəkildə pozmasıyla başlayacaq. Düşmən mətbuatı iddia edir ki, bu "müharibə"nin detalları Putinin Bakı səfiri zamanı müzakirə olunacaq.

"Qərbin və Rusuyanın birgə planı olan bu lokal "müharibə" qısa bir zamanda Qarabağın 6 rayonunun Azərbaycana verilməsi ilə nəticələnəcək. Bundan sonrakı mərhələdə isə tərəflər danışıqlar stolu arxasında oturdulacaqlar. Sarkisyan artıq bu təkliflə razılaşıb."


DOSTLARINLA PAYLAŞ:

oyunlar