Xoş Gəldin 2010!
Leyla Salmansoy
05 Yanvar 2010 Çərşənbə Axşamı 12:09
Hər kəsi ürəkdən salamlayıram.
Bütün oxucularımı, saytın kollektivini, ailəmi yeni 2010-cu il gəlməsi munasibətilə təbrik edirəm.
2010-cu ildə hər kəsə hüzur dolu, sağlam, bol təbəssümlü, xöşbəxt günlərlə dolu, bol ruzulu günəşli, xeyirli bir il arzulayıram.
Bəlkədə, bəzilərimiz 2009-un tez çıxmasını arzulayırdıq.
Yeni gələn ilə yeni ümidlərlə, yeni arzularla atılırıq.
 
Belədə olmalıdır.
Bütün depressiyalarınızı, stresslərinizi 2009-da qoyun.
Sözsüz 2009-da həm xoş, həm də çətin günlər yaşadıq.
Həyatın ancaq xoş günlərdən ibarət olmadığını çoxdan bilirik.
2009-cu ildə yarımçıq qalmış arzularınızı, planlarınızı 2010-da gerçəkləşdirin.
2010-a gülərüzlə, ümidlə, inamla və öz gücünüzə inanaraq daxil olun.
 
2010-a gülərüzlə xoş gəldin deyin, eynilə mənim kimi.
 
Xoş gəldin 2010! :)
 
Leyla SALMANSOY