15 Cəsarətli Addım
Leyla Salmansoy
24 May 2010 Bazar Ertəsi 12:01
Bu günkü yazımda, mənim fikrimcə gənc qızların 25 yaşına qədər etməli olduqları 15 cəsarətli addımın hansılar olduğunu  yazıram.

Buyurun oxuyun.
 
1. Hər hansı peşə sahibi olmaq.

2. Ən azı bir musiqi alətində çala bilmək. Məs: Mən fortepianoda ifa edə bilirəm.

3. Həyatında ən sevdiyin insanlarla günəşin doğuşunu və günəşin batışını seyr etmək. İnanın mənə. Gələcəkdə xatırlamaq üçün cox gözəl xatirədir.

4. Sadəcə bir məşhur müğənninin konsertində iştirak edə bilmək üçün xarici ölkəyə getmək. Məncə buna dəyər. Bunu etməmişəm, amma planımda var.

5. Sevmək, birinə dəlicəsinə aşiq olmaq. İlk və son məhəbbəti haqqını verərək yaşamaq.

6. Qızlar mütləq ən azi 1 il özünümüdafiə idman kurslarına yazılmalıdırlar. Həm özünə güvən artır, həm də sağlamlıq üçün çox xeyirlidir. Sizi bu addıma cəsarətləndirmək üçün onu deyə bilərəm ki, mən də taekwondo idman növü ilə məşğul olmuşam. Hətta irəli gedib, qirmizi-qara kəmər alana qədər davam etdirmişəm.

7. Ağlagəlməz dəliliklər edin. Məsələn, təklikdə tətilə cixin. Bu 1 günlük tətildə ola bilər.

8. Tələbə olsanızda işləmək, pul qazanmaq, sevdiklərinizə ilk maaşinizdan hədiyyələr almaq.

9. Bir gün bütün küsülü olduğunuz insanların siyahısını tutub, onlara zəng vurub, barışmaq, bağışlamaq.

10. Öz ətrafinızdakı dost-tanışları yığıb, hədiyyələr alıb və ya almasanızda olar, uşaqlar evini yada qocalar evini ziyarət edin.

11. İslam dinini dərindən öyrənin, namaz qılın, oruc tutun.

12. Gənc yaşda Ana olmaq.

13. Təkrar–təkrar oxuduğunuz ən sevdiyiniz kitabların olmasi. Azeri.net saytında hər gün oxuduğunuz yazarların olması. Onları oxumadan günə başlamamaq.

14. Həyatınızda heç olmasa bir dəfə rəsm kağızı, fırça alıb rəsm əsəri çəkmək. Bəlkə sizdə gizli rəssamlıq qabiliyyəti var? Bu arada üzə çıxmış olar.
 
15. Qızlar sonuncu ən cəsarətli addımınızı deyirəm. Mənim e-mail ünvanıma məktublar yazıb, öz həyatınızı, sizi narahat edən problemləri mənimlə bölüşmək. Mənim yazacağım hekayələrin, yazıların qəhrəmanına çevrilmək.
 
Leyla SALMANSOY