Cəsarətli oxucu məktubu
Leyla Salmansoy
12 Yanvar 2010 Çərşənbə Axşamı 20:21
2010-cu ilin ilk yazısını cəsarətli bir oxucuma ithaf edirəm.
 
Hansı ki, məktubunu e-mail adresimə düz İsveçdən göndərib.
 
Məktubunu onun icazəsilə eynilə copy edirəm.
 
Buyurun oxuyun.
 
Salam Leyla.
Sənin  “15 cəsarətli addım” adlı yazını oxuduqdan sonra, dərsləri kənara qoyub, sənə məktub yazmaq qərarına gəldim. Yazıların çox maraqlıdır.
O qədər istərdim ki, hər kəsə belə ürəkdən məktub yazım.
Adım Turanədir.
7 ildən çoxdur ki, İsveçdə yaşayıram.
İsveçdədə universitetlərin birində hüquq bölümündə oxuyuram.
Tələbəyəm, 20 yaşım var və sevdiyim bir oğlan var.
Universitet oxumasada, sənəti var, restoranda aşpazdır.
Mən onu konsertdən sonra tanıdım. Bilirsən ən maraqlısı nədir?
Kafedə oturmuşduq və bir birimizdən Bakının hansi tərəfində qaldığını soruşduq.
O harda qalsa yaxşıdır?
Düzbədüz qonşuluqda. İkimizdə bir yerdə böyümüşük.
Dünya doğurdanda çox kiçikmiş...
Uşaqlıqda birlikdə hansi oyunlar oynadığımızı bir-birimizə danışmaq,
xatırlamaq o qədər xoş idi ki...
O çox yaxşı, sakit, mədəni insandır.
Onu sevdiyimin səbəbi odur ki, onun məni aldatmağını ağlıma belə gətirmirəm,
Çünki ona çox güvənirəm.
Hərdən onun məni, mənimdə onu sevdiyimə dair şübhələr yaranır.
Hisslərim çox qarışıqdır. Və bu da məni narahat edir.
Yəni Leyla dediyim odur ki, sənin yazdığın 15 cəsarətli addımın 12-ni yerinə yetirmişəm.
3-nə hələ vaxt var. Nədir ki, 20 yaşım var.
Amma doğurdanda sevmək və sevilmək istəyərdim.
Həyat material həyat deyil.
Onu yaşamaq lazımdır.
O yaşamaqsa sevgisiz heç olmur.
 
Əzizim Turanə sənin bu cəsarətli məktubuna görə sənə təşəkkür edirəm.
 
Hər kəs belə səmimi məktub yaza bilməz. Buna böyük ürək lazımdır.
 
Turanə sən çox sadə, açıqürəkli, səmimi qızsan.
 
Nə yaxşı ki, oxuyursan.
İsvecdə Azərbaycanı təmsil edirsən.
Mən sənin kimi gənclərlə fəxr edirəm.
Kaş ki, gənclərimiz xaricdə təhsil alsa belə Azərbaycanda öz biliklərini tətbiq etsinlər.
İnşallah sənin belə edəcəyinə ümid edirəm.
 
Keçək sənin məktubuna.
Yazılarımı daimi izləyən oxucularım bilir ki, 15 cəsarətli addım yazısında qızlara e-mail ünvanıma məktublar yazıb, sizi narahat edən problemləri mənimlə bölüşün  deyə səslənmişdim.
 
Səni narahat edən problemləri mənimlə bölüşdüyün üçün təşəkkür edirəm.
Elə sonuncu cümləndən başlayaq.
Həyat material həyat deyil.
Onu yaşamaq lazımdır.
O yaşamaqsa sevgisiz heç olmur.
 
Bəli Turanə nə gözəl yazmısan. Həqiqətəndə həyatda sevgisiz yaşamaq olmur.
 
Səndə ta İsveçdə həyatının sevgisini tapmısan.
Sən onu sevirsən. O da səni sevir. Yaxşı, güvənilən insandır.
Nə olsun universitet bitirməyib.
Əsas odur ki, zəhmətkeşdir. İşləməyi sevir.
Bu halda səni narahat edən səbəb nədir?
 
Mənim fikrimcə boş şeylər.
 
Sadəcə bu sevgini itirməkdən qorxursan. Bir gün onun sənə xəyanət edəcəyindən qorxursan.
Ürəyinə boş şübhələr, mənasiz fikirlər gətirirsən.
Heç problem olmayan yerdə öz-özünə problem axtarırsan.
 
Bilirsən niyə?
 
Sadəcə biz insanlar ona görə xöşbəxt olmuruq ki, çünki xöşbəxt olmaq istəmirik.
 
Bu sözümü unutma.
 
Odur ki, neqativ heçnə ağlına gətirmə.
Bütün şübhələrə, qorxularına, narahatçılıqlarına son qoy.
Əldə etdiklərinə şükr et!
 
Yetər ki, Turanə xöşbəxt olmağı ürəkdən istə.
 
Leyla SALMANSOY