Yəqin çoxlarınızın ağlına müxtəlif cavablar gəldi.
Nəyi mütləq hər gün etməliyik?
Əlbəttə, Allaha şükür etməyi...
Bəzi insanlar işlərinin çoxluğundan, bitmək bilməyən problemləri həll etməkdən,hər xırda şeylərə görə depressiyaya düşməkdən həyatlarında xırda olsa da
böyük məna kəsb edən, amma sanki elə belə olmalıdır düşündükləri nemətləri görmürlər.
Halbuki Allaha şükr etməli olduğunuz o qədər gözəl
Şeylər var ki...
Başqalarında olan və ya olmayan amma məhz sizə verilən
nemətləri görün.
Bir anlıq bütün problemlərinizi, fikirlərinizi həyatınızda olan çirkinlikləri unudun.
Bir anlıq bunları yadınıza salın.
Yaşadığınız təbiətin gözəlliyini, günəşin işığını, azadlığınızı,
ailənizi, sizi sevən dostlarınızı, sağlamlığınızı, gözəlliyinizi, mənalı gözlərinizi, sevginizi, sevgilinizi, uşağınızı, yeməkdən aldığınız ləzzəti, gülüşünüzü, 1 anlıqda olsa yaşadığınız xöşbəxt dəqiqəni, aldığınız hər nəfəsi,
Allaha olan inamı, ibadətinizi.
Sadaladığım və sadalamadıqlarım hər bir neməti yadınıza salın.
Sadaladıqlarımdan hamısı birlikdə sizdə olmaya bilər, amma sizdə olan və məhz sizə verilən nemətlərə görə
Allaha hər gün, hər saat şükür edin.
Bu nemətlər sizdə olmayada bilərdi, bunuda unutmayın.
Bunu mütləq hər gün edin!