Mübariz İbrahimov
Leyla Salmansoy
24 Avqust 2010 Çərşənbə Axşamı 11:58
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.

Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Bu sözlər Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin, bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Bu məktubu ağlayaraq oxudum.Eyni zamanda qürurlandım.

Qürurlandım ki, Azərbaycanın belə igid oğlu var idi. Biz gec bilsəkdə...

O Allaha ibadət edən  mömin insandı...

O qayğıkeş oğuldu...

O ailesinin son beşiyi olsada zəhmətkeş gənc idi...

O qardaşlarini sevən qardaş idi...

Və ən nəhayət O Vətənini və xalqını sevən igid gizir idi.

O mükəmməl Azərbaycan gənci idi.

İtkisi böyükdür,ağırdır...

Lakin onun dediyi, fikirləşdiyi kimi hər şey Vətən üçün.

Hər zaman fikirləşmişəm, ən gözəl ölüm şəhid olmaqdır.

İstər Allah yolunda, istər Vətən uğrunda.

Bunu Mübariz mübarizcəsinə etdi.
 
Adınında təsadüfən Mübariz olmadığına əminəm.

Ağakərim Ata və Şamama Ana sağolun ki, Azərbaycana Mübarizi bəxş etdiniz.

İnşallah qanın yerdə qalmayacaq!

Mübariz ruhun şad olsun!
 
Leyla SALMANSOY