Eynşteyndən uğurun sirri
Leyla Salmansoy
06 Avqust 2010 Cümə 02:02
Bütün oxucularımı salamlayıram!
Əgər sizdə mənim kimi yay tətilinə hələ də getməyib, iş başındasınızsa türklər demiş keçmiş olsun!
Məni unutmayan oxucularımada təşəkkür edirəm.
Mən hər zaman dahi insanların bizim bilmədiyimiz sirlərini axtarıb, tapmağı, öyrənməyi sevirəm.
Bu sirrləri necə tapıram?
Bu da mənim sirrim idi ki, siz oxucularımla paylaşacam.
Artıq sirr olmayacaq.
Bu sirlər onların nə vaxtsa dövrlərinin mətbuatında, əlyazmalarında yazdığı, hikmətli sozlərində gizlənib. Onların yazdıqlarını oxuyun, sirlərini öyrənin.
Bu gün vaxtınızı daha səmərəli istifadə etməyiniz üçün, məşhur alman fiziki , nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatına layiq görülən Albert Eynşteyndən xarici saytların birində oxuduğum, tərcümə etdiyim məsləhətləri paylaşacam.
Buyurun oxuyun. Eynşteyn həyatda və işdə uğur əldə etməyin yollarını bizə belə öyrədir.

1.Kim nə deyərsə desin, maraqlarınızın arxasınca gedin.
Eynşteyn bu sözünü belə izah edir. Mənim özəl istedadım yoxdur, sadəcə mən məni maraqlandıran şeylərin arxasınca sonuna qədər getməyi hər zaman sevmişəm.
Sizi həyatda ən çox nə maraqlandırıb? Bu haqda hec fikirləşmisinizmi?
Məsələn, məni hər zaman niyə bəzi insanların uğur əldə etdiyi, digərlərinin isə şanssız olduğu maraqlandırıb.

Bunun üstündə illərlə baş sındırdım. Və bir nəticəyə gəldim, əgər hansısa bir işdə uğur əldə etmək istəyirsinizsə bu iş ilk növbədə sevdiyiniz iş olmalıdır. Bu işdə maraqlarınızın ardınca getsəniz, uğur əldə edərsiniz.

2. Əzmli olun!
Başladığınız işi bitirməyidə bilin. Mən ağıllı olduğumdan deyil, sadəcə problemləri həll etməmiş geri çəkilmədiyimdən uğur əldə edirəm.

3. Bir iş görün, amma bütün enerjinizi ona sərf edin.
İki qarpızı bir əldə tutmaq olmaz. Bəlkədə tuta bilərsiniz, amma eyni dərəcədə yaxşı alınmayacaq.

4. Xəyal gücü güc verər.
Xəyal gücü gələcəyinizin güzgüsüdür.

5. Səhvlər edin.
Ugur əldə etmək istəyirsinizsə, səhvlər edin. Səhv etməkdən qorxmayın.
 
6. Anı yaşayın.
Mən gələcəyi hec fikirləşmədim, nədə olsa gələcək. Dünəni və ya sabahı dəyişdirə bilmərik, ona gorə bu anı yaşayın.
 
7. Dəyərlər yaradın.
Uğurlu insan olmağa deyil, daha çox dəyərli insan olmağa çalışın. Dəyərli olsanız, uğur özü gəlib səni tapacaq.
 
8. Fərqli sonlar gözləməyin.
Əgər hər günü eyni yaşayıb, yerinizdə addımlayırsınızsa, nə vaxtsa hamıdan fərqlənəcəyinizi heç duşunməyin. Həyatınızı dəyişdirmək istəyirsinizsə, birinci özünüzü dəyişin.
 
9. Bilik təcrübədən gəlir.
Biliyi oxuduğunuz kitablardan deyil, keçirtdiyiniz təcrübələrdən qazanırsınız. Hər hansı mövzunu müzakirə edə bilərsiniz, amma bu sizə fəlsəfi anlayış qazandıracaq. Amma bu mövzunu dərindən bilmək istəyirsinizsə ilk növbədə təcrubədən keçirtməlisiniz.
 
10. Qaydaları öyrənin ki, daha yaxşi oynayasınız.
Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz. Bu sizə hamıdan yaxşı oyun oynamağı təmin edəcək. Həyatda etməli olduğunuz 2 şey var.
 
1. Oynadığınız oyunun qaydalarını öyrənmək.
 
2. Oyunu hamıdan yaxşı oynamağı istəmək.
 
Bu 2 şərti yerinə yetirsəniz, uğurda sizinlə olacaqdır.
 
İşlərinizdə və həyatınızda uğurlar!
 
Leyla SALMANSOY