Bir qəlb də siz sevindirin
Leyla Salmansoy
30 Noyabr 2009 Bazar Ertəsi 04:48
Hər kəsi bu gözəl bayram ab-havası günlərində salamlayıram.
 
Mən də sizin kimi bayram tətilindəyəm. Necə deyərlər bayram günlərinin keyfini çıxardıram.
 
Mən də fürsətdən istifadə edib, gərgin iş rejimindən vaxt tapa bilməyib, hər an baş çəkə bilmədiyim yaxınlarıma baş çəkdim.

İlk növbədə Anamla - Atamın bayramını təbrik etməyə getdim.

Allah bütün valideynlərin canını sağ etsin.

Orada olan müddətdə, Anama uzun müddət əlaqəsi olmadığı köhnə qonşusundan, həm də rəfiqəsindən zəng gəldi.

Bayramını təbrik edirdi.

Anamın çoxdandır görüşmədiyi rəfiqəsinin zəngindən sonra yaranan simasındaki o sevinci, o təbəssümü, xoş əhval-ruhiyyəni sizə sözlərlə ifadə edə bilmərəm.

Amma, həmin an bir şeyi yenidən yadıma saldim - bir insan qəlbini sevindirmək necədə asandır.

Bu ki, o qədər asandır.

Bahalı hədiyyə almağada gərək yoxdur.

Sadəcə xoş söz, gözlənilməz zəng və diqqət yetər.

Uzun müddət zəng etmədiyimə görə, bayramda da zeng etməyə utandığım, bütün dost tanışlarımın ad siyahısını tutub, bir-bir hamısına zəng etdim, təbrik etdim, xoş arzular arzuladım.

Ailəm, yaxınlarım öz yerində, nənəm, babalarım, xala, dayı, əmi, bibi və uşaqları daxil olmaqla hər kəsə zəng etdim.

Hər kəsə gözəl, səmimi, xoş sözlər dedim və eşitdim.

Kim bilir bəlkə də, 1 gündə nə qədər qəlblər sevindirdim.

Məni maraqla oxuyanlar,

Nə durmusunuz? Haydi telefonlarınızı götürün, “kontakt” da olan bütün nömrələrə zəng vurun.

Bir qəlb də siz sevindirin…
 
Leyla SALMANSOY