Analar
Leyla Salmansoy
19 Noyabr 2009 Cümə Axşamı 20:30
Hər kəsi ürəkdən salamlayıram.
 
Bundan sonra öz üslubumda, fərqli yazılarımla sizlərin hüzuruna gələcəm.
 
Nədən yazacam?
 
Əlbətdəki, biz qadınlardan, həyatımızdan, həyatımızda və ətrafımızda baş verənlərə münasibətimdən, bir sözlə mənə maraqlı olan hər şeydən yazacam.
 
Ümid edirəm ki, yazılarımı maraqla oxuyacaq və e-mail unvanıma fikirlərinizi bildirəcəksiniz.
 
İlk yazımda nədən yazacağımı çox düşündüm və ilk yazımı mən bütün Anaların timsalında öz Anama həsr etmək qərarına gəldim.
 
Həqiqətən mən 100%  əminliklə deyə bilərəm ki, qızlar analarının qədrini, dəyərini yalnız ailə həyatı qurandan ve sonda da ana olandan sonra daha çox anlayırlar.
 
Nə yazıq ki, həqiqət belədir.
 
Gənc oluruq məktəb, universitet, yoldaşlarımız, kitablarımız, dərslərimiz başımızı ele qarışdırır ki, yuyulmağa paltarımız olanda, her yemək yeyəndə Anamizin üzünü görürük.  Necədir? Yorulmayıb? Heç fikirləşmirik.
 
Məndə sizdən seçilmirdim ailə həyatı qurdum və Anamın ümumiyyətlə qadının həyatı boyu necə məsuliyyət daşıdığını anladım.
 
Anam gözəl qadın, ağıllı, səbrli həyat yoldaşı, uşaqlarına hər zaman diqqətli, qayğıkes Ana olub.

Bəlkədə bütün Analar belədir deyəceksiniz, amma həyatımızda da sahid oluruq ki, yenicə dünyaya göz açmış usaqlarını hansısa evin qapısına qoyub gedən “ana” larda var.
 
Bütün qızlara ümumiyyətlə məni oxuyanlara buradan səslənib deyirəm; baş tacı olan Analarınızın qədrini əvvəldən bilin, qədrini bilin ki, sonra mənim kimi peşmançılıq çəkməyəsiniz. Ananıza hədiyyələr alın, gəzintiyə çıxın, kiçik şeylərlə sevindirin, qayğısına qalın, tez–tez hal əhval tutun Analarınıza diqqət göstərin.
 
Bütün Analara ve öz canım Anam Nargilə xanıma can sağlığı, uzun və huzur dolu ömur, və hər övladından onu yaxşı mənada yoracaq nəvələr arzu edirəm.
 
Leyla SALMANSOY