Seriallar
Leyla Salmansoy
25 Fevral 2010 Cümə Axşamı 16:25
E-mailimi haralardasan, niyə yeni yazılar yazmırsan və bu kimi suallarla dolduran oxucularımı
yenidən salamlayıram.
 
Gərgin iş rejimindən vaxt azlığı çəkirdim.
Mən yazılarımı ilk növbədə beynimdə yazıram, sadəcə notebookda köçürüb, göndərmək qalırdı.
 
Başlıqdan göründüyü kimi bu gün Azərbaycan qadınının vaxtını amansızca işğal edən, televizora bu gün mən baxmalıyam, serialım var deyən, ər-arvad arasında mübahisələrə yol açan seriallar haqqında yazacam.
Seriala baxmaqdansa kitab oxumağa üstünlük vermişəm.
 
Baxdığım seriallarda olub.
Mənim uşaqlıq vaxtı ən sevdiyim serial rusiyanın yerli kanalında verilən Aqata Kristinin dedektiv romanları əsasında çəkilən serial idi.
 
Sevdiyim aktyorda həmin serialda çəkilən Erkül Puarro personajı idi.
Özumü tanıyandan bu seriala baxmışam, braziliya seriallarından isə heç vaxt xoşum gəlməyib.
 
Bu seriallarda baş verən eyni proseslərin, eyni hadisələrin sadəcə başqa adlar altında, başqa aktyor-aktrisalar tərəfindən canlandırılmasını Azərbaycan qadınının maraqla izləməsi, bu haqda günlərlə danışması mənə hər zaman qəribə gəlib.
 
Əgər bir seriala baxanda artıq bilirsənki, bu nə ilə bitəcək bu necə maraqlı ola bilər.
Hələ serialların 10 yaşından tutmuş uşaqlarda, əsasda qızlarda necə səhv addımlar atmağına gətirib çıxardan fikirlər formalaşdırdığını demirəm.
 
Düzdür bu hər baxan insana aid deyil.
 
Amma ətrafımızda da şahid oluruq ki, braziliya serialları kimi serialların zəif  iradəsi olan və dünya görüşünü seriallara baxmaqla formalaşdıran qızların sonda həyatında  səhvlər etməyinə, müəyyən xoşagəlməz addımlar atmağına səbəb olur.
Son vaxtlar türk seriallarıda bizim həyatımıza daxil olub.
 
Türk seriallarını braziliya serialları ilə eyni yerə qoya bilmərəm, müəyyən istisnaları çixmaq şərtilə.
Serialın izləməyin müsbət cəhətlərini də qeyd etmək istərdim.
 
Mənə gərgin iş rejimindən, problemlərdən uzaqlaşmağa, yaxşi dəmlənmiş çay və maraqlı
serial kifayət edir.
 
Ancaq sonununun necə qurtaracağını bilmədiyim serialları izləyirəm.
Son vaxtlarda Türkiyədə izlənmə rekordları qıran Əzəl serialını izləyirəm.
Ssenarisi çox maraqlı yazılıb.
 
Və bu serialda xoşuma gələn nüansda  odur ki, serialın əsas qəhrəmanı Əzəl və sevilən personajı Ramiz dayı kitab dəlisidirlər.
Bu serialda adı keçən kitabları oxumuşam, məsələn Dostoyevskinin Qumarbaz əsəri, serialların mövzularında müəyyən oxşarlıqlar var. Ömər Xəyyamın rübailərini oxumuşam. Yeganə Henri charriere Kelebek Papillon əsərini oxumamışdım.
 
Onuda internetdə axtarıb oxumağa başladım ki, xəbərlərdə Türkiyədə son zamanda ən çox satılan kitabların məhz Əzəl serialında adı çəkilən kitabların olduğu deyildi.
İndi fikirləşin məhz bu seriala görə gənclər kitab oxumağa başladılar.
Deməli yeri gəldiyi zaman yaxşı serial gənclərə yaxşı yolda göstərə bilər.
 
Sizlərə yaxşı serial və yaxşı yol arzusu ilə
 
Leyla SALMANSOY
[email protected]