Yazar olmaq üçün 5 məsləhət
Leyla Salmansoy
03 Dekabr 2009 Cümə Axşamı 18:23
Oxucu məktubu.
Yazdıqlarınız çox maraqlıdır.
Bütün yazılarınızı maraqla oxuyuram.
Məndə yazmaq istəyirəm, amma nədənsə alınmır.
                                                                                      Sevda
 
Bu gün mənim üçün çox yaddaqalan gündür, çünki ilk oxucu məktublarımı almışam.
Əvvəla bütün  yazılarımı oxuyan oxucularıma öz təşəkkürümü bildirirəm.
İnanın hər oxucu məktubu məni çox şad edir.
Odur ki, qızlar e-mail unvanıma məktublar yazın.
Paylaşmaq istədiyiniz hər şeyi çəkinmədən mənə yaza bilərsiniz.
Bəzən insanlar, tanımadığı insanlarla həyatında baş verən hadisələri daha rahat paylaşırlar.
Hər oxucuma bacardığım qədər dəstək olmağa hər zaman hazır olduğumu bildirmək istədim.
Məktublarınızı gözləyəcəm.
Adlarınızı istəyinizə uyğun dəyişədə bilərəm.
Oxucum Sevda xanıma həyatında uğurlar arzu edirəm.
Məktubunuza cavabı isə buyurun oxuyun.
 
1. Yazar olmaq üçün insanda ilk növbədə bu xüsusiyyətlər olmalıdır
Yazı yazmaq qabiliyyəti və istedadı.
Yazı yazmağa sonsuz həvəs.
Yazmaqda məqsədyönlülük.
 
2. Yaxşı yazmaq üçün yaxşıları oxumaq lazımdır.
Məs: Azərbaycan yazıçılarından tutmuş dünya ədəbiyyatının ən önəmli yazarlarının əsərlərinə qədər yorulmadan oxuyun. Əlinizə keçən hər bir kitabı oxuyun. Söz bazanızı artırın.

3. Evdə belə bir təcrübə aparın. Gündəlik tutun. Başınıza gələn hər hansı bir hadisəni, sanki yaxın rəfiqənizə   danışırmış kimi yazmağa başlayın. Yazdıqca həmin hadisəyə olan münasibətinizi, fikrinizi də bildirməyi unutmayın.
Yazın ətrafinizda olan insanlardan, hadisələrdən asılı olmayaraq, hər şeydən yazın.
Birdə görəcəksiniz ki, yazı yazmadan fikirlərinizi yazıya tökmədən qala bilmirsiniz.

4. Bu yerdə məşhur yazıçı Vilyam Folknerə verilən sualı və cavabı yazmaq istərdim.
Yaxşı roman yazmağın əlverişli düsturu varmı?
Bunun 99 faizi qabiliyyət, 99 faizi intizam, 99 faizi əməkdir.
 
5. Yazar olmaq istəyirsinizsə ilk növbədə yazar ola biləcəyinizə özünüz inanın.
İsrarla yazın, ilk başlarda alınmayada bilər inamınızı itirməyin.
İnanın bir gün yazar kimi sizində bu sətirləri oxuyan oxucularınız olacaq.
 
Leyla Salmansoy