Həftənin Top 5’i
Leyla Salmansoy
21 Noyabr 2009 Şənbə 17:00
Bu həftədən mənim təqdimatımda həftənin Top5’ni sizlərə təqdim edəcəm.
 
Həftənin Top 5’də nələr olacaq?
 
Həftənin Top-də həftənin mənim üçün ən maraqlı hadisəsi, ən maraqlı insanı, məşhuru, kitabı, saytı,  musiqisi ve daha nələr-nələr olacaq.
 
Odur ki, bundan sonra hər həftə sonu mənim təqdimatımda olacaq həftənin Top 5-ni nəzərdən qaçırmayın.
 
Beləliklə
 
Top 5”in ilk yerində
 
1. Azeri.net saytı durur. Ona görə yox ki, məndə bu saytin əməkdaşıyam. Ona görə ki, Azeri.net saytı maraqlı, rəngarəng, göz oxşayan dizaynı, operativ xəbər məlumatları, bir sözlə fərqliliyi ilə bir çox xarici saytlardan geri qalmır.
Saytın müdiriyyətinə bu məsuliyyətli işdə uğurlar arzulayaq ve keçid alaq.
 
2. Hər il düzənlənən möhtəşəm şouları ilə moda dünyasının gündəminə öz damğasını vuran Victoria’s Secret’in 2009 dəfiləsi ən maraqlı hadisə oldu.
 
3. 5 həftə öncə 4-cü uşağini dünyaya gətirən gözəl maneken Heidi Klum doğumdan sonra gözəl formada qalmağın mümkün olduğunu Victoria’s Secret’ın 2009 dəfiləsində çıxışı ilə sübut etdi .
 
4. Böyük Britaniyada yolda “Kia Carens” maşınının arxa oturacağında doğulan körpəyə Kia adı qoymaqla mənim Top 5-ə düşənlərdən soruşmaq istərdim. Azərbaycanda olsaydınız və xanımınızın doğumu bizim köhnə Zaporojec markalı avtomobildə gercəkləşsəydi, Zaporojec adını qızınıza qoyardınızmı?
Mənim üçün çox maraqlıdır :)
 
5. Röyanın yaxınlarda dünyaya gətirdiyi oğluna həsr etdiyi “Təkcə səni”  mahnısı bu yerdədir. Hər mahnısını dinləyəndə yenədə şahid oluram ki, bu qızın necədə sehrli səsi var.
 
Bu həftəlik bu qədər.
 
Həftə sonu bütün oxuculara xoş istirahətlər arzu edirəm.
 
Leyla SALMANSOY