Həyatımızın lətifəsi
Leyla Salmansoy
01 Dekabr 2009 Çərşənbə Axşamı 08:40
Bu yaxınlarda sevdiyim  serialın qəhrəmanlarından biri çox ağıllı bir ifadə işlətdi.
 
Təxminən ifadə belə idi.

Yaşadığımız kiçik tragediyalar irəliləyən zamanlarda həyatımızın komediyasına çevrilir.

Necə ola bilər?

Məs: hər hansı sevdiyimiz müğənninin konsertinə aldığımız bileti itirəndə, hər hansı tədbirdə, ictimai yerdə, məktəbdə, universitetdə pərt olacaq pis vəziyyətə düşürüksə,
 
platonik sevgilimizin yanında yıxılırıqsa və ya çox xoşumuza gələn oğlan ya qızın yanında müəllim tərəfindən danlanırıqsa,
 
məktəbdə gizlətdiyimiz 2-lərimizi, universitetdə kəsirlərimizi valideynlərimiz biləndə, 

iş yerində kollektiv tərəfindən sevilmiriksə,

direktorumuz əsəbini bizdən çıxardanda,

Hansısa iş yeri fürsətini itirəndə və s və s.

Bütün bu sadaladıqlarım kiçik tragediyaları yaşayanda, nədənsə bizə dünyanın sonu kimi  gəlir.

Onda mənlə də və serialın qəhrəmanı ilə razılaşın ki,
 
zaman keçir və biz bu yaşadıqlarımızı yaxınlarımıza, ailəmizə, dostlara, gələcəkdə nəvələrə və hətta nəticələrə

Sadəcə gülərək danışırıq.

Bu kiçik tragediyalar sonradan həyatımızın lətifələrinə çevrilir.

Odur ki, həyatınızı dolu-dolu yaşayın.

Çətinlikləriniz olsada inamınızı itirməyin.

Sadəcə yaşayın.

Yaşayın ki, gələcəkdə nəvə-nəticələrə danışacaq qədər həyatınızın lətifələri olsun...
 
Leyla SALMANSOY