Bütün oxucularımı yenidən salamlayıram.
Xoş həftə sonu arzusu ilə keçid alıram, bu həftənin Top 5-nə.
1. Bildiyimiz kimi artıq Azərbaycan Eurovisiona hazırlıq mərhələsindədir.
Bir-birindən istedadlı gənclər artıq yarışmaya hazırlaşır.
Həmçinin bizim saytda sorğudada iştirak edə bilərsiniz.
Mən öz seçimimi bu həftəmizin top 5-inə salıram.
Və bu kimdir?
Əlbətdəki Safura Əlizadə.
Həm gözəlliyi ilə, həm də ən əsası səsi ilə bu həftənin top 5-in 1-ci yerindədir.
Safuraya uğurlar arzu edirəm!
2. Bu yerdə Azərbaycan əhalisinin sayını 9 milyona çatdiran və Naxçıvan şəhərində doğulan körpə yer alıb. Balacaya gələcəkdə Vətənə layiqli oğul olmağını arzu edirəm.
3. Bu serialı müəyyən səbəblərdən sevməsəmdə, bu həftənin ən səsli-küylü serialı kimi həftəmizin top 5-nə düşür. Söhbət Kurtlar Vadisi serialından gedir.
4. Bu yerdə hamımıza tanış olan
www.facebook.com saytıdır.
Niyə? Çünki bu sayt istifadəçilərini fikirləşib, istifadəçilərinə pulsuz antivirus yükləyəcək.
5. Bu yerdə mənim sevdiyim avtomobillərdən biri olan “Mercedes SL 600”modeli yer alır. Tokioda keçirilən “Tokio Auto Salon 2010” sərgisində nümayiş edilən adıçəkilən modelin iki nümunəsi "Svarovski daşları" ilə bəzədilib. Maşını bəzəmək üçün 300 min ədəd qızıl daşdan istifadə edilib.
Allah istəyənlərə qismət etsin!