Rəfiqə, dost-tanışlarla bu başlıqlı yazımı müzakirə edirdik ki, ağlıma bir fikir gəldi. Ətrafımda yani rəfiqələrlə, dost-tanışlar arasında sorğu keçirmək qərarına gəldim.
Sorğumun sualı belə idi
Siz Leyla olsaydınız “Etirazım var” yazısında nəyə etirazınızı bildirərdiniz?
İlk növbədə anamdan soruşdum.
Elə ilk anda Daşkəsəndə baş verən hadisəyə etirazı olduğunu bildirdi. Bir əsgər anası bu hadisədən sonra gecələr necə rahat yata bilər? - sualı ilə məni də kövrəltdi.
İnşallah təkrarlanmaz və günahkar şəxslərdə cəzasını alar deyirəm.
Eyni zamanda adaşım olan rəfiqəm Leyla Azərbaycanda banklarda kredit verilmə prosesinə etirazı olduğunu bildirdi.
Onun söylədiklərində maraqlı və sözsüz gerçək məqamlar var idi.
Pul krediti götürmək istəyirəm. Maaşım və işimdə buna imkan verir. Ödəmə qabiliyyətimin olduğunu bilə-bilə müraciət edirəm.
Banka müraciət etdim. İlk növbədə sorğu sual zamanı səninlə elə rəftar edirlər ki, özünü cinayətkar kimi sorğu-sualda hiss edirsən.
Tutduğun vəzifə, maaş bunların fərqi yoxdur. Sən bankda sorğu-suala çəkilmiş cinayətkarsan.
Bəlkədə belə olmalıdır deyənlər olacaq amma onlarada ancaq bunu deyə bilərəm.
-bu dərəcədə də yox
Sonra səndən elə sənədlər tələb edirlər ki, mədəni şəkildə “arxana baxmadan çıx get” demək istədiklərini anlayırsan.
Rəfiqəm son sözünü belə tamamladı ki, reklam olunan kreditlərin də əslində kimlərə verildiyinidə bilmək istərdim. Bankda çalışanlar ancaq öz ətrafındakılara kredit verir ona görədə yerli vətəndaşa gələndə pul da qalmır.
Onlarda səndən çox sayda ağlasığmaz sənədlər tələb etməklə, sənin öz xoşunla kredit götrməkdən vaz keçməyini təşkil edirlər.
Bəlkə də bütün bunlar, bütün banklara aid deyil.
Bu da rəfiqəmin etiraz səsi idi.
Başqa rəfiqəm Azərbaycanda reklam olunan müəyyən şeylərin yalan olduğunu dilə gətirdi. Misal göstərdi reklam yazısı var telefonlar ancaq şəxsiyyət vəsiqəsilə yerindəcə, gedirsən almağa.
Səndən şəxsiyyət vəsiqəsindən sonra iş yerindən arayış istəyirlər arayışdan sonra filan banka getməlisən.və s. və ilaxır.
Soruşursan bəs reklam tablosunda belə yazmısan axı
Deyir nə olsun.
Bizdə reklamların gücü gel-gel demək üçündür deyib maraqlı sonluqla yazımı başa vururam.
Bu arada nəyəsə etirazı olanlar mənə yazsın.
Leyla SALMANSOY