Bütün oxucularımı yenidən salamlayıram.
Bu son həftələr yazmaq istədiklərim o qədər çoxdur ki, bilmirəm hansından başlayım.
Bircə onu deyə bilərəm ki, bütün oxucularıma yeniliklərim olacaq.
Bundan sonra yazılarımda "Etirazım var" adı altnda yazılarım olacaq ki, bu yazılarda Azərbaycanda baş verən muəyyən hadisələrə etirazımı bildirəcəm.
Bu gün bizim saytdada yəqin oxumusunuz.
Naş moloçnik yağı məhv edilir.
Bərəkət'in istehsalı dayandırılıb.
Bu başlıqlı yazılar var.
Məsləhətdir oxuyun.
Sonra mənim yazımı oxuyun.
Yazının sonluğunda eynilə bu cümlələr yazılıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha istehlakçıları insan həyatı və sağlamlığı üçün təhlükəli olan 200 qramlıq kağız qutulara qablaşdırılmış “Naş moloçnik” əmtəə nişanlı kərə yağını almamağa çağırır.
Aydındır anladıq
İlk dəfə bu yağ reklam olunan dövrdə hamı kimi məndə bu yağdan istifadə etmişəm, sonra alanda bu yağın əvvəlki dadı vermediyini görüb almaqdan vaz keçdiyimidə xatırlayıram.
Eynilə “Bərəkət” əmtəə nişanlı süd məhsulları normativ sənədlərin tələblərinə cavab vermədiyidə müəyyən olunub.
Müayinə nəticəsində müəyyən olunub ki, pendir, xama və qatıq məhsulları mikrobioloji göstəricilərinə görə standartların tələblərinə cavab vermir.
Gördüyünüz kimi mətbuatda çıxan xəbərlərdən müəyyən hissələri yazdım.
Sizde oxudunuz.
Məndə bütün baş verənlərə etirazımı bildirirəm ve suallarımı vermək istəyirəm.
Naş moloçnik yağının reklamlarını yəqin görmüşdünüz.
Bu yağın reklamı gedəndə insan həyatı və sağlamlığı üçün təhlükəli olduğunu hormətli kimlərsə təyin etməmişdilərmi?
Bu yağın və “Bərəkət” əmtəə nişanlı süd məhsullarını normativ sənədlərin tələblərinə cavab vermədiyi vaxtında müəyyən oluna bilərdimi?
Bu məhsullardan istifadə etmemiş, sağlamlığımızı pozmamış bunların qarşısını ala bilərdikmi?
Və ən əsası bunda məsuliyyət daşıyan insanlar dahada məsuliyyətli, daha diqqətli olmalı deyillərmi?
Axı Azərbaycan xalqının sağlamlığı bu insanların əlindədir
Mən etirazımı bildirdim suallarımı verdim.
Cavab verə bilən varsa buyursun.