Ad Günü
Leyla Salmansoy
16 Dekabr 2009 Çərşənbə 11:45
Bu gün mənim üçün çox özəl gündür.
 
Niyə özəl olduğunu yazımın sonluğunda deyəcəm.
 
Ad günlərini uşaqlıqdan sevmişəm.
 
Atam bizə hər zaman ad günlərini nə yaşda olursaq olaq keçirməyi, bir-birimizə hədiyyələr almağı və bu özəl günləri unutmamağı  uşaqlıqdan öyrədib.
 
Böyüdükcə insan ad gününü nədənsə unutmaq istəyir.
 
Bəlkədə yaşımızın artması bizi gənclikdən qocalığa doğru aparması bizi kədərləndirir.
 
Amma əslində ad günü keçirilmə prosesi, insanları bir yerə topladığından
artıq ailə ənənəsi halını alır.
 
Ailə, qohumlar, dostlar bir yerə yığılır, xoş arzular arzulanır, hədiyyələrlə qəlb sevindirilir, xoş xatirələr yada salınır.
 
Ona görədə mən hər zaman ad günlərinin keçirilməsi tərəfdarıyam.
 
Və bu gün mənim qardaşımın ad günüdür.
 
İlk ad günüdür ki, birlikdə keçirmirik.
 
Çunki fəxrlə deyə bilərəm ki, mən əsgər bacısıyam.
 
Qardaşım hal-hazırda vətən borcunu yerinə yetirir.
 
İnşallah artıq gələn il birlikdə qeyd edərik ad gününü. Ad günün mübarək!
 
Sənə, canım qardaşım Vətən borcunu layiqli yerinə yetirib, sağ-salamat qayıtmağını arzu edirəm.
 
Bütün ailəmiz səninlə fəxr edir. Bunu unutma!
 
Allah bütün əsgərləri qorusun! Amin!
 
Bu gün bütün ad günü olan oxucularımıda təbrik edirəm.
 
Leyla SALMANSOY
[email protected]