Bütün oxucularımı yenidən urəkdən salamlayıram.
Bu gün hisslərim qarışıq olduğu qədər yazımda qarışıq olacaq.
Müəyyən rəqəmlər var ki, bu rəqəmləri çox sevirəm.
Təkcə ona görə yox ki, bu rəqəmlərlə həyatımın önəmli anları bağlıdır.
Bilmirəm mənim fikrimcə müəyyən rəqəmlər var ki, həyatımızla çox bağlı olur.
9,19,20,5,7 və s Bu sevdiyim rəqəmlərdir.
Fikir vermişəm mənim həyatımdakı önəmli anlar 9 və 7 rəqəmi ilə daha çox bağlıdır.
Məs, anadan olduğum tarix 19.09. ən maraqlısı saat 9 da dünyaya göz açmışam, və s. misallar göstərə bilərəm.
Və maraqlısı odur ki, köşə yazarı kimi də 19 noyabr tarixindən azeri.net saytında fəaliyyətə başladım.
Bu gündə yanvarın 19-u sevimli saytımızda fəaliyyətimin 2-ci ayıdır.
Özüm özümü təbrik etmək istədim.
Məni dəstəkləyən oxucularıma ayrı-ayrılıqda təşəkkür edirəm.
Hansı ki, günə yazılarımı oxumadan başlamır.
Çox sağolun! Var olun!
Leyla SALMANSOY