Məktəbli formaları satışa çıxıb
07 Avqust 2014 Cümə Axşamı 01:58
1-ci sinifdən 11-ci sinifə qədər Bakı Tikiş Evində bütün ölçüdə olan paltarlara rast gəlmək mümkündür.
Dərs ilinin hələ başlamasına xeyli vaxt qalsa da valideynlərin çoxu öz övladları üçün artıq məktəbli formaları almağa başlayıb.

ANS TV-nin məlumatına görə, 1-ci sinifdən 11-ci sinifə qədər Bakı Tikiş Evində bütün ölçüdə olan paltarlara rast gəlmək mümkündür. Öz övladları üçün məktəbli forması almağa gələn valideynlərin də ardı-arası kəsilmir. Onlar aldıqları malın keyfiyyətindən olduqca məmnun görünürdülər.

Valideyn Nərgiz Muradova deyir ki, “Paltar almışam, yaxşıdır. İki uşağım var, həmişə burdan alıram, hər ikisinə almışam”.

Bakı Tikiş Evinin direktoru Etibar Əzimov bildirdi ki, "Məktəbli formalarının parçaları Türkiyədən gətirilir və standartlara tam cavab verir. Qiymətlərə gəlincə isə 4 predmetdən ibarət olan kostyum 1-6-ci siniflər üçün 40 AZN, yuxarı siniflər üçün isə 52 AZN-dir. Amma ürəyi istəyən hər bir predmeti ayrı-ayrılıqda da ala bilər".

Etibar Əzimov dedi ki, "Aşağı siniflər üçün köynək və jilet 5 AZN-ə olur, amma pencək və şalvar isə 30 AZN-ə olur. Böyük siniflərə gəldikdə isə şalvar və pencək 40 AZN-ə başa gəlir. Jilet 5 AZN-ə, köynək isə 7 AZN-ə satılır”.

Etibar Əzimov onu da əlavə etdi ki, "Anbarlarda istənilən qədər məktəbli forması var. Odur ki, əgər siz də övladınıza məktəbli forması almaq istəyirsinizsə, o zaman sentyabr ayını gözləmədən günü bü gündən hərəkətə keçin. Bakı Tikiş Evinə gedin, növbə gözləmədən övladınızı sevindirin".



DOSTLARINLA PAYLAŞ:

oyunlar