Yol Polisi sürücülərə müraciət etdi
12 İyul 2012 Cümə Axşamı 11:24
Havaların istiləşməsi ilə əlaqədar Azərbaycanın şimal və cənub rayonlarına istirahətə gedənlərin sayı artıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, havaların yenidən istiləşməsi ilə əlaqədar Azərbaycanın şimal və cənub rayonlarına istirahətə gedənlərin sayı artıb.

Əliyev bununla əlaqədar sürücüləri diqqətli olmağa, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə, xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə etməməyə çağırıb.

Şöbə rəisi bildirib ki, son vaxtlar baş verən ağır yol qəzalarının əsas səbəbləri yüksək sürət, avtomobili sərxoş vəziyyətdə idarə etmə, manevr, ötmə qaydalarını pozma, sürücünün avtomobili yuxusuz vəziyyətdə idarə etməsidir.

Qeyd edək ki, yay mövsümü başlayandan istirahət mərkəzlərinin yerləşdiyi rayonlara gedən magistrallarda çoxsaylı insan ölümü və xəsarəti ilə nəticələnən ağır yol qəzalarının sayı artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar