Ölkə

Yaşar Nuri yenidən xəstəxanaya yerləşdirilib

Aktyor Yaşar Nuri reanimasiya şöbəsinə yerləşdirilib.

· Xəbərçi
Yaşar Nuri yenidən xəstəxanaya yerləşdirilib
Türkiyədə uzun müddətli müalicədən sonra iyunun 23-də Azərbaycana qayıdan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri yenidən xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, aktyorun hərarəti qalxıb, təngnəfəslik yaranıb. Bu səbəbdən Y. Nuri Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına aparılıb. Aktyor reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Nurinin bir neçə gündən sonra yenidən Türkiyəyə Amerika Xəstəxanasına göndərilməsi nəzərdə tutulur.

Şərhlər