Bu gecə ölkə ərazisinə yağan yağış Ağsuda ciddi fəsadlar törədib. Güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində yaranan seldən sonra beş kəndlə əlaqə kəsilib.
Elektrik dirəkləri aşıb, naqillər qırılıb və beş kənd işıqsız qalıb. 60-a yaxın ev qəzalı vəziyyətə düşüb. Sel çayı keçmək istəyən Kalva kənd sakini, 1975-ci il təvəllüdlü Məmmədov Elvin Ağasəlim oğlunu aparıb. Hazırda onun axtarışı aparılır.
Sel Ağsunun 5 kəndinə ziyan vurub
Rayonun Kalva kənd sakinini sel aparıb.




Şərhlər