Ölkə

Rüstəm Usubov: Azərbaycanda baş verən ağır cinayətlərin əksəriyyəti açılır

Ağır cinayətlərlə bağlı Baş Prokurorluq və DİN birgə hərtərəfli işlər aparır.

· Xəbərçi
Rüstəm Usubov: Azərbaycanda baş verən ağır cinayətlərin əksəriyyəti açılır
Azərbaycanda ildə təxminən 190-200 ağır cinayətlər, xüsusən qəsdən adamöldürmə cinayətləri baş verir və onların əksəriyyəti açılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Rüstəm Usubov bildirib ki, baş verən və açılmamış qalan ağır cinayətlərlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə hərtərəfli işlər aparır.

Onun sözlərinə görə, il ərzində qeydə alınan bu qəbildən olan cinayətlərin təqribən 18-19-u bağlı qalır.

Şərhlər