Reuters Azerbaycandan yazdı
06 Oktyabr 2013 Bazar 09:36
Ermeni separatçılar Ermenistanın kömeyi ile Azerbaycanın Dağlıq Qarabağ regionunu işğal edib.
“Reuters” agentliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkəmiz haqqında material dərc edib. Materialda Azərbaycanın coğrafi mövqeyi, ölkədə demoqrafik vəziyyət və dövlət dili barədə məlumatlar verilir. “Reuters” Azərbaycanın enerji ehtiyatlarını başqa təchizatçılar tərəfindən Qərbə göndərilən təbii resursların “qiymətli alternativi” adlandırır.
ANS PRESS-in "AzərTac"a istinadla verdiyi məlumata görə, materialda qeyd edilir ki, 2013-2017-ci illərdə Azərbaycan iqtisadiyyatında orta illik artım göstəricisi 5,1 faiz olacaqdır. Keçən il müvafiq rəqəm 2,2 faiz olmuşdur. Adambaşına ÜDM 2003-cü ildə 850 dollara qarşı 2012-ci ildə 7850 dollara çatıb.
Materialda Dağlıq Qarabağ problemindən də bəhs edilir. “Reuters” yazır ki, erməni separatçılar “Ermənistanın köməyi ilə” Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmiş, nəticədə 30 min nəfər həlak olub.
DOSTLARINLA PAYLAŞ: