Qış artıq yaxınlaşır
04 Oktyabr 2013 Cümə 11:26
Qışa hazırlığımız mövsümü soyuqlara uyğundurmu?
Payız mövsümün birinci ayı bitdi, oktyabr gəldi. Bəlli olduğu kimi qışın gəlməsinə az qalıb. Bakıda sentyabr ayın 24-ü gecə yağan güclü yağış və onun fəsadları birinci sınağın tam uğurlu keçmədiyini göstərdi. Bu hadisə paytaxt sakinlərini nigaran qoydu. Sinoptiklərın verdiyi proqnozlara görə, Avropa arazilərində 2013-2014 illərin qış mövsümü axır 100 ildə ən soyuq olacaq. Anomal şaxtalar proqnozlaşdırılır. Bu cür ehtimal bir neçə tanınmış meteoxidmətlər tərəfindən irəli sürülüb. Göründüyü kimi bü problem bizdən də yan keçməyəcək. Milli ekologiya proqnozlaşması mərkəzinin prezidenti Telman Zeynalovun “ЭХО“-ya verdiyi müsahibədə bildirmişdi ki,“ üzümüzə gələn qışda günəş fəallığı aşağı düşəcək, faktiki olaraq günəş olmaqayacaq, ona görə də ölkəmizdə qış hətdindən soyuq olacaq."
Deməli qışa hazırlığımız bu soyuqlara uyğun olmalıdır. Üzümüzə gələn qışa respublikadamızda hazırlığ gedişi haqda xəbərdər olmaq məqsədi ilə “Bakıelektrrikşəbəkə“ ASC və “Azəriqaz“ ASC-İB numayəndələri ilə görüşdük.
“Bakıelektrikşəbəkə“ ASC-nin mətbuat şöbənin rəhbəri Tanrıverdi Mustafayev bu məsələyə toxunaraq, aparılmış yenidənqurma işlərin nəticəsində bu gün paytaxtımızda havadan asılı olmayaraq hər kəs istədiyi gədər elektrik enerjiyə tələbatlarını ödəmək imkanına malik oldduğlunu deyib: “Bir necə gün əvvəl möhtərəm Prezidentimizin iştiraki ilə Nizami rayonunda 110 kV-lı 204 saylı yarımstansiyasının açılış mərasimi keçdi. Bu bizim son 5-6 ildə inşa etdiyimiz 25-ci yarımstansıya idı. Bundan əlavə 60 ədədə qədər 35 kV yarımstansıya inşa etmişik .Və fəxrlə demək istərdim ki, bu yarımstansiyaların sayasında abunəçilərin elektriklə təmin edilməsi havadan asılı deyil. Bizim əsas məqsədimiz havanin hansı şəraitindən asılı olmayaraq Bakı şəhərində yaşayan 800 minə yaxın olan hər bir abunəçimizi fasiləsiz keyfiyətli, dayanıqlı elektrik enerjiyası ilə təhciz etməyimizdi. Həmin məqsəd ilə 15 min km kabel xətləri çəkilib. Prezidentin tapşırıqlarına uyğun hava elektrik veriliş xətlərini yeraltı xətləri ilə əvəz edilib. Qaldı ki hansısa fors major hallar Bakı elektrik şəbəkəsindən asılı olmayan səbəblərdən olursa, biz ona da hazırıq.Yəni xususi hazırlığımız var. Bizim qəza xidmətimiz 199 saylı telefon vasitəsi ilə 24 saat abunəçilərimizin xidmətindədir. Hava məlumatlarını alan kimi havanın dəişməsinə bir gün iki gün qalmış vəziyyətə tam şəkildə hazır oluruq. Əlavə maşin ,mexanizm, avadanlıqlar, işçi qüvvəsi nəyə ehtiyac varsa hazırlanır və hazır vəziyyətdə durur. Görülən bütün işlər qış mövsümünə hazır olduğumuza inandırır“.
2013-2014 illərin qış mövsümünə “Azəriqaz“ İB-yi tərəfindən görülən hazırlıq işlərindən danışaraq iştimaiyətlə əlaqələr şöbənin rəhbəri Araz Ağayev qeyd edib ki, yeni payız-qış mövsümünə hazırlıqla bağlı xusüsi tədbirlər planı hazırlanır: “2013-2014 il payız-qış mövsümünə hazırlıq qədəm qoyarkən biz ötən il əldə etdiyimiz naliyyətləri təhlil eləmişik qarşıya çıxan problemlərə birdə daha diqqət yetirilib. Hara da təmir aparılmalıdır harada profilaktik işlər görülməlidir bunlar hamısı müəyinləşdirilərək yeni payız-qış mövsümünə hazırlıqla bağlı xusüsi tədbirlər planı hazırlanır. Bu tədbirlər planı istər ölkənin paytaxtı Bakı və onun rayonlarını istər isə respubləkamızın regionlarını əhatə edir.
Bu işlər ilk növbədə qaztənzimləyici şəbəkələrini nəzərdən keçirilməsidir. Bu işlər çərçivəsində ehtiyac olan yerlərdə yeni siyirtmələrin quruşdırılması ilə bağlı işlər görülüb”.
Onun sözlərinə görə, qaz tənzimləyici şkaflar birdə nəzərdən keçirilib və onların işi birdə təftiş olunub. Əhalinin qaz təhcizatını yaxşılaşdırması üçün yeni qaz xəttləri çəkilib. Bu işi aparılması bütün raonlara şamil edilib: “Mövcud qaz xətlırinin korroziyə uğramış hissələrin dəyişilir. Bundan əlavə müəyyən yerlərdə yer üstü qaz xətlərinin çəkilməsi və yerin altında artıq sıradan şıxmış qaz xəttinin yer üstünə çıxarılaraq yenilənməsi kimi işlər görülüb. Təbii ki yeni yaşayış məntəgələrinin qazlaşmasını payız-qış mövsümünə hazırlıq xarakteri daşımasa da payız-qış mövsümündə əlavə eləmək olar ki, bu umümilikdə ölkədə daha çox abonentlarin tədii qazla təmin olunmçası deməkdir. Bildiyiniz kimi ilin əvvəlindən sentyabırın birinə gədər 113 yaşayış məntəqəsi ölkənin 33 rayonu üzrə təbii qaz ilə təmin olunub. Bütün bu tədbirlərin məqsədi payız-qış mövsümündə əhalinin problemlər ilə üzləşməməsi üçün edilir. Biz əlimizdən gələni edəcəyik ki, qazın normal təzyiqdə, kefiyyətli və fasiləsini verilməsi təmin edək.”
Probelmlə əlaqədar “AZERİSTİLİKTECHİZAT“ ASC-nin şöbə rəisi Rafiq Əliyev kütləvi informasiya vasitələrinə açıqlama verərkən qışa hazırlıqla əlaqədar qazanxana və nasosxanalarda qazanlar, istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, istismarın etibarlılığını təmin etmək üçün nəzarət-ölçü cihazları və elektrik avadanlıqları işlək vəziyyətə gətirildiyini deyib. Onun sözlərinə görə, bəzi yararsız hissələr yeniləri ilə əvəzlənib. Magistral və məhəllədaxili istilik xətləri yoxlanılaraq sınaqdan çıxarılıb. Qışda problem yarada biləcək istilik xətləri dəyişdirilib.
İnanmaq istəyirik ki, nikbinlik ilə söylənilən vədlər öz təsdiqini taparaq vətəndaşlarımızı qış mövsümün problemlərinindən azad edərək onlara qış mənzərələrindən həzz almaq imkanını bağışlayacaq.
DOSTLARINLA PAYLAŞ: