Qarabağda yeni yol tikelecek
05 Oktyabr 2013 Şənbə 18:21
3 milyon manat prezident İlham Eliyev xüsusi serencamı ile ayrılıb.
Prezident İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam verib. Sərəncamda deyilir:
İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılsın.
DOSTLARINLA PAYLAŞ: