Leyla Əliyeva mükafat alıb
07 Oktyabr 2013 Bazar Ertəsi 17:07
Leyla Əliyeva mükafat alıb. Orden Rusiya və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyi xidmətlərə görə təqdim olunub.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Provaslav Kilsəsinin yüksək ordeninə layiq görülüb.
ANS PRESS-in AzərTac-a istinadən xəbər verir ki, Fondun Rusiya nümayəndəliyinin rəhbəri olan Leyla Əliyeva Moskva və bütün Rusiya patriarxı Kirilin göstərişi ilə 3-cü dərəcəli müqəddəs knyaginya "Olqa" ordeni ilə təltif edilib. Mükafat Əliyevaya müqəddəs knyaz Vladimirin Həştərxan şəhərində abidəsinin ucaldılmasında göstərdiyi yardıma, həmçinin Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyi çoxsayli xidmətlərə görə layiq təqdim olunub.
Qeyd edək ki, bu mükafat kislə, dövlət və ictimai işlərdəki xidmətlərinə görə xanımlara verilir. Mükafat daha əvvəl Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, latviyanın keçmiş prezidenti Vayra Vike- Freyberq və Böyük knyaginya Mariya Vladimirovna Romanovaya təqdim olunub.
DOSTLARINLA PAYLAŞ: