1000 nüsxelik tirajla neşr olunan kitab 1 ay erzinde satılıb.
Məşhur Əfqan əsilli Amerika yazarı Xalid Hüseyninin sonuncu kitabı “Və dağlardan səda gəldi” Azərbaycan dilində nəşr olunub. ANS PRESS-in məlumatına görə, sentyabrın 6-da 1000 nüsxəlik tirajla nəşr olunub və 1 ay ərzində hamısı bitib. Kitab “Əli və Nino” və “Qanun” Nəşriyyatlarının birgə layihəsdir.
Xatırladaq ki, Xalid Hüseyninin ilk 2 kitabı da “Çərpləng uçuran” və “Min möhtəşəm günəş” daim bestseller siyahısında yer tutur. Azərbaycan dilinə onun hər üç kitabı tərcümə olunub, üçüncü kitabın tərcüməsi isə Türk və Rus dillərində olan tərcümələrdən daha tez işıq üzü gördü.